Xəbərlər
Prezident İlham Əliyev Litvanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycana bir neçə dəfə səfər etdiyini vurğulayan litvalı nazir ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Dövlət başçısı ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı xahiş etdi.