YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

General Məhəmmədhüseyn Baqeri: İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb

İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq.

Bu sözləri İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri deyib.

O bildirib ki, İran Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlıdır. Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər.

Məhəmmədhüseyn Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz. İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir.

“Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq”, - deyən general-leytenant Məhəmmədhüseyn Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.