YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya XİN-in nümayəndəsi: Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə barışıq tapılması üçün çağırışlar edilir

Avropa Şurası Parlament Assambleyası haqqında optimist və realist qeydlərimi bildirmək istərdim, çünki erməni deputat bu təşkilatın tənəzzülə uğradığını deyir. Bilirik ki, indiki tarixi dövrdə Avropa, eləcə də çoxtərəflilik və bütün çoxtərəfli təşkilatlar üçün çətinliklər olub. Doğrudur ki, hüquqi dövlət, demokratik dövlət seçimi etmiş ölkələrdə böhran dövründə multilateralizm ideyasına qarşı çıxmaqla səmərəli multilateral mexanizmlərdən imtina etməyə cəhd göstərilir. Böhranın danışıqlar yolu ilə həlli yollarının tapılmasından söhbət gedəndə yanaşma olaraq çoxtərəflilikdən imtina etsək, irəli deyil, geri addım atmış olarıq.

Bu fikirləri İtaliyanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibinin müşaviri Benedetto Della Vedova qış sessiyasında erməni deputatın təxribatçı sualına cavabında ifadə edib.

“Bir çox bölgələrdə mövcud olan məyusluğu yaxşı anlayıram. Bilirəm ki, məsuliyyətini yaxşı dərk edən, ancaq münaqişə və böhrandan çıxmaq üçün istədikləri həll yollarını tapa bilməyən ölkələr var. Biz dialoqdan, qanunun aliliyindən, ədalətdən, beynəlxalq hüquqdan imtina etməmək üçün ümumi iradəmizi xatırlatmaq üçün buradayıq.

Sizin sualınıza gəlincə, xatırlatmaq istərdim ki, 2020-ci ildə tərəflər arasında atəşkəslə bağlı bəyanat imzalanıb. Azərbaycan və Ermənistan arasında sülh və danışıqlar yolu ilə barışıq tapılması üçün çağırışlar edilir. Münaqişənin həlli Avropa Şurasının məsuliyyəti deyil, bununla ATƏT-in Minsk qrupu həmsədrləri məşğul olurdular. Onlar humanitar məqsədlə söylədiyiniz əsirlərin azad edilməsi ilə məşğul olmalıdırlar.

Ancaq bu, Avropa Şurasının mühüm rol oynamasına mane olmur. Biz etimad quruculuğu da daxil olmaqla, sülhə nail olmağa kömək edəcək tədbirlərin görülməsinə kömək göstərməyə hazırıq. Biz tərəflərin Avropa İnsan Hüquqları Konvensiyasında da nəzərdə tutulan ümumi insan hüquqları normalarına əməl etməsinə diqqət yetirməliyik. Münaqişədə insan hüquqları ilə bağlı bəzi məsələlər Avropa Məhkəməsinə təqdim olunub. Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olarkən münaqişəyə sülh yolu ilə həll tapmaq öhdəliyi götürüblər. Bu baxımdan, hər iki ölkə müvafiq şəkildə hərəkət etməli və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər”.