YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Uruqvay Şərq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Uruqvay Şərq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anibal Kabral Seqalerbanın etimadnaməsini qəbul edib.
Səfir Anibal Kabral Seqalerba fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Anibal Kabral Seqalerba etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, müştərək layihələrin icrası və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev müxtəlif səviyyəli görüşlər zamanı əməkdaşlığımızın siyasi, iqtisadi və digər sahələrdə genişləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmini qeyd etdi.
Səfir Anibal Kabral Seqalerba Uruqvay Şərq Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. İkitərəfli əlaqələrin inkişafına toxunan səfir parlamentlərarası əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı. Ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən diplomat Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, ticarət, mədəni əlaqələr və digər sahələrdə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay Şərq Respublikası dövlətinin başçısına çatdırmağı xahiş etdi.