YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması nəticəsində ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yolları bir çox hallarda dağılır və ya deformasiyaya məruz qalır. Belə halların qarşısının alınması üçün Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tapşırıqlar verilir. Bu qurumlar müəyyən edilmiş yerlərdə yol örtüyünün altında hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) yerləşdirilməsini təmin etməlidirlər.
Sənəddə göstərilir ki, tələbləri pozan şəxslər və nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatlar, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülər Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürüləcək ki, inzibati xəta haqqında elektron protokol tərtib edilməsi mümkün olsun.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısını, həmin texniki vasitələrin quraşdırılma müddətlərini və mərhələlərini iki ay müddətində müəyyən edib Prezidentə məlumat versin.