YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhid Əhməd Əhmədlinin anım mərasimi keçirilib

Sabirabad rayonunda Vətən Müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Əhmədli Əhməd Anar oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi və fəal üzvləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin şərəfli döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb, xatirəsi anılıb.

Tədbir iştirakçıları Əhməd Əhmədlinin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv