Xəbərlər
Dmitri Savelyev: Zəmanəmizin görkəmli siyasətçisi İlham Əliyev Azərbaycan xalqını inamla tərəqqiyə aparır
Nadir istedada malik diplomat və zəmanəmizin görkəmli siyasətçisi İlham Əliyev Azərbaycan xalqını inamla tərəqqiyə aparır, ölkənin beynəlxalq arenada nüfuzunu möhkəmləndirərək öz gücünü və enerjisini Azərbaycanda dayanıqlı iqtisadi inkişafın və sosial sabitliyin təminatına sərf edir.
Bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Prezidentini yubileyi münasibətilə təbrik edərkən bildirib.
“Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına İlham Heydər oğlunun verdiyi töhfə şəksiz və çox böyükdür. Mən səmimiyyətlə inanıram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ildən-ilə daha da möhkəmlənəcək və genişlənəcək.
Bu əlamətdar gündə Azərbaycan Prezidentinə doğma ölkəsinin və onun vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq naminə fəaliyyətində tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə D.Savelyev vurğulayıb.