YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında “İlham Əliyev – davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib

Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin büstünün qarşısına qızılgül dəstələri düzüblər,  xatirəsini yad ediblər.

Tədbirin rəsmi hissəsindən öncə şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, prezident İlham Əliyevin məqsədi kəmiyyət deyil, keyfiyyət göstəricilərini yüksəltməklə dayanıqlı iqtisadi artımın təmin edilməsidir.

Yəni yeni dönəmdə əsas məsələ yalnız iş yerlərinin sayının artırılması deyil, eyni zamanda yaradılan iş yerlərinin dəyərinin yüksəldilməsi prioritet olaraq müəyyən edilir.

Daha sonra  Prezident İlham Əliyevin son 18 ildəki fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən məruzəçi YAP  İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri  Bahar Muradova   bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, regionların inkişafı sürətlənib, əhalinin sosial-rifahı davamlı olaraq yaxşılaşdırılıb.

YAP  İdarə Heyətinin üzvü , millət vəkili Anar İsgəndərov qeyd edib ki, ulu öndər Heydər Əliyev əmin idi ki, onun ən böyük arzusunu - torpaqlarımızın azadlığını cənab İlham Əliyev öz məğrur xalqının dəstəyi ilə təmin edə biləcək. Elə bu inamla da Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Sonra çıxış edən millət vəkili Elnur Allahverdiyev söyləyib ki, Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır.  Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxışında qeyd edib ki, bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi  müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır.

Yekun nitq ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.

Daha sonra tədbirin bədii hissəsində xalq artisti Məleykə Əsədova çıxış edərək, Müzəffər Ali Baş Komandana həsr etdiyi şeirini səsləndirib.

Sonda xatirə şəkli çəkilib.

DİGƏR Xəbərlər Arxiv