Partiya xəbərləri
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə Pakistan Müsəlman Liqasının Gənclər Birliyi arasında görüş keçirilib
Yeni Azərbaycan Partiyasının və Pakistanın hakim partiyası - Pakistan Müsəlman Liqasının Gənclər birliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə GB-nin sədri Seymur Orucov Azərbaycan ilə Pakistan, o cümlədən ölkələrimizin gəncləri arasında sıx dostluq əlaqələrinin əhəmiyyətini yüksək qiymətləndirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri xanım Amna Malik Azərbaycanda olmasından məmnunluğunu bildirib. Qonaq, həmçinin YAP Gənclər Birliyinin nümayəndə heyətini Pakistana dəvət edib.
Sonda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.