Xəbərlər
YAP Göygöl rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir.
YAP Göygöl rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər reallaşdırır.
YAP Göygöl rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası olub.
Aksiyada YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, təşkilatın aparat işçiləri, Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazi ilk partiya təşkilatlarının əməkdaşları və YAP Göygöl rayon təşkilatının könüllüləri iştirak ediblər. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən rayonun Şəhidlər xiyabanının ərafına 200 ədəddən artıq həmişəyaşıl ağaclar əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib.