Xəbərlər
Şamaxıda YAP-ın təsis edilməsinin 29-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının əməkdaşları partiyanın təsis edilməsinin 29-cu ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda edən igid oğulların məzarları üzərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.
Təşkilat nümayəndələri o cümlədən, Şəhidlər xiyabanının yaxınlığında Vətən Bağı adlanan ərazidə ağacəkmə aksiyasında iştirak ediblər.