YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatı “Xalqın inamının və etibarının təcəssümü” adlı videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı partiyanın təsis edilməsinin 29-cu ildönümü münasibəti ilə “Xalqın inamının və etibarının təcəssümü” adlı videokonfrans keçirilib.

Konfransda əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov partiyanın ötən 29 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib. “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur” deyən M.Balabəyov bildirib ki, Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə bütün sahələrdə əldə olunmuş nailiyyətlər də onu deməyə əsas verir ki, partiya yarandığı gündən bu günə qədər qarşıya qoyduğu məqsədlərə çatıb: “Bu gün 29 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.”

Sonra millət vəkili Sadiq Qurbanov çıxış edərək bildirib ki, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır: “29 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının bu il martın 5-də keçirilməsi də böyük tarixi hadisə idi. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının və bu kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi”.

Daha sonra tədbirdə iştirak edən Şabran rayon Heydər Əliyev mərkəzinin direktoru Təvəkgül Əliyev, rayon Təhsil şöbəsi Həmkarlar ittiffaqının sədri Seymur Qedeşov və Şabran şəhər 2 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Gülşən Rzayeva çıxış edərək bildiriblər ki, YAP-ın yaranması, yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Çıxış edənlər partiyamızın Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə qürur duyduqlarını və hər kəsi bundan sonra da dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırıblar.

 

DİGƏR Xəbərlər Arxiv