Xəbərlər
Ucar rayonunda şəhid Vüqar Ələkbərovun xatirəsi anılıb

YAP Ucar rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidi Ələkbərov Vüqar Telman oğlunun doğum günü ilə bağlı Qazyan kəndində şəhidin məzarını ziyarət ediblər.
Şəhidin məzarın üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Sonra rayon təşkilatının fəalları şəhidin ailəsinin inşa etdiyi bulağın açılışında və onun doğum günü ilə əlaqədar təşkil olunan tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamları ilə şəhid Vüqar Ələkbərov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə"medalları ilə təltif olunub.