YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatı partiyanın yaranmasının 29-cu ildönümünü qeyd edib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı mədəniyyət işçiləri ilə bərabər partiyanın yaranmasının 29-cu ildönümünü qeyd edib.

Şamaxı Mərkəzi Kitabxanasında baş tutan tədbirdə rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdiyini söyləyib. Bildirib ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilən YAP bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı üzrə nümayəndəsi Rəfael  Tağızadə YAP-ın yaranma tarixindən, o dövrün ictimai-siyasi proseslərindən bəhs edib.

Şamaxı Mərkəzi Kitabxanasının müdiri Ərəstun Xəlilovun sözlərinə görə, YAP üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. O, əminliklə bildirib ki, partiya qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfəsini verəcək.

DİGƏR Xəbərlər Arxiv