Xəbərlər
Biləsuvarda şəhid Xəyal Nurinin xatirəsi yad edilib

Oktyabrın 4-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları Vətən müharibəsində torpaqlarımızın müdafiəsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən rayonun Ağayrı kənd şəhidi Nuri Xəyal Şakir oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Daha sonra şəhidin məzarı ziyarət edilib və dərin ehtiramla yad edilərək məzarının üzərinə tər gül dəstələri qoyulub.