Xəbərlər
Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Məşhur Məmmədov seçiciləri ilə növbəti görüşünü keçirib.
Pandemiyanın tələblərinə riayət olunmaqla keçirilən görüşdə seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Problemlərin bir qismi elə yerindəcə həllini tapıb, digər qisminin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirib.
Seçicilər arasında şəhid ailələrinin və qazilərin olduğunu nəzərə alan millət vəkili torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən, qanları ilə tarix yazan şəhidlərimizin xatirəsini ehtiramla yad edib, ailələrinə səbir diləyib. Bildirib ki, xalqımız belə Vətən oğulları ilə fəxr edir, onların həyat yolu hər kəs üçün vətənpərvərlik məktəbidir. Qazilərin qəhrəmanlığından, şücaətindən bəhs edən Məşhur Məmmədov Zəfər sevincini yaşamağımıza görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb.
Millət vəkili dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından bəhs edib. Bildirib ki, dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşı da onlara diqqət və qayğı göstərməyə borcludur.