Xəbərlər
Salyanda şəhid Rəşid Mehdiyevin abidəsinin açılışı olub

Salyan rayonun Xalac kəndində İkinci Qarabağ müharibəsinin şəhidi Rəşid Rövşən oğlu Mehdiyevin əziz xatirəsinə tikilmiş abidənin acılışı olub.
Açılışda YAP Salyan rayon təşkilatını rəhbərliyi və fəalları, şəhid ailə üzvləri, qazilər və rayon sakinləri iştirak ediblər.
Şəhidin ailəsi xatirə bulağının açılışını şəhidin xarirəsinə dərin hörmət əlaməti kimi dəyərləndirərək onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
YAP Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov qeyd edib ki, şəhid anası və atası, onun övladları, həyat yoldaşı daim qürurla və başı uca gəzməlidirlər. Çünki onlar xalqımız və dövlətimiz üçün canlarını əsirgəməyən ən dəyərli Vətən övladlarıdırlar.