YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xocalı rayon təşkilatının 20 illiyi qeyd edilib

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Yubiley tədbirini YAP rayon təşkilatının sədri Vahid Əliyev açaraq, ötən 20 ildə təşkilatın daha da möhkəmlənməsi üçün görülən işləri iştirakçıların diqqətinə çatdırıb.
Bildirilib ki, 20 il ərzində YAP Xocalı rayon təşkilatı bir çox uğurlara imza atıb. Hazırda rayon təşkilatının 684 nəfər üzvü var. Onların 242 nəfərini qadınlar, 225 nəfərini gənclər təşkil edir.
Yubiley tədbirində o da vurğulanıb ki, xocalılılar 23 ildir respublikanın müxtəlif bölgələrində məskunlaşıblar. Lakin buna baxmayaraq, onlar Yeni Azərbaycan Partiyasına, eləcə də onun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə böyük ümid bəsləyir və gec-tez ata-baba yurdlarına qayıdacaqlarına inanırlar.
Sonra Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və başqaları əlamətdar yubiley münasibətilə yığıncaq iştirakçılarını təbrik edərək, onlara bu siyasi qurumdakı fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.
Sonda bir qrup partiya fəalına fəxri fərmanlar və partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
 

DİGƏR Partiya xəbərləri Arxiv