Xəbərlər
YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları İkinci Qarabağ savaşında Vətənimizin müdafiəsi uğrunda canından keçən Biləsuvar şəhərindən olan şəhid Mahmudlu Babək Süleyman oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Daha sonra şəhidin məzarının üzərinə tər gül-çiçək dəstələri qoyublar.