Xəbərlər
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
YAP Xətai rayon təşkilatı Polad Həşimov küçəsi 34, Balaxan Süleymanov küçəsi 20, Əbilov küçəsi 25 və Sabit Orucov küçəsi 28 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında bildirib ki, Azərbaycan bu gün tarixinin ən parlaq səhifəsi-tarixi Zəfərinin birinci ildönümü ərəfəsindədir: “Bu Qələbə illərin uğurlarının nəticəsidir. Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində dünyaya Günəş kimi doğdu. Azərbaycana hansı tərəfdən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq.”
Vüqar Rəhimzadə vurğulayıb ki, müasir müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və son 18 ildə onun siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri möhtəşəm siyasət nəticəsində 90-cı illərin əvvəllərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan bu gün dünyanın ən uğurlu gənc, qalib dövlətidir. Dünyanın ən mötəbər təşkilatlarının reytinq cədvəllərində Azərbaycanın adı birincilər sırasındadır. Azərbaycanın bugünkü uğurları fonunda qarşıdakı illərdə daha möhtəşəm gələcəyin olacağı böyük inam hissi ilə qeyd edilir. Çünki Azərbaycan artıq ərazi bütövlüyü bərpa olunan, torpaqlarına qovuşan qalib dövlət kimi dünyanın diqqətindədir. 30 ilin işğalına 44 gündə son qoyan bir dövlətin gələcəyi heç şübhəsiz ki, parlaq, inkişafı dayanıqlı olacaq. Bugünkü Azərbaycanı müstəqilliyimizin ilk illərindəki Azərbaycanla müqayisə etmək belə mümkün deyil. Həmin illərin böyük sıxıntıları içərisində yaşayan Azərbaycan vətəndaşları bu gün dünyanın ən xoşbəxt xalqları sırasında yer alıb. Ölkəmizin hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası dövrün, zamanın tələblərinə uyğun müəyyənləşdirdiyi hədəflərini ölkədə keçirilən seçki proseslərinə qatıldığı şüarlarında ifadə edir. “Yeni hədəflərə doğru İlhamla irəli!» çağırışını edən YAP Zəfərimizin yaratdığı reallıqlara söykənərək özünün VII qurultayında qəbul etdiyi qərarları əsas tutaraq işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinə töhfəsini verməyə çalışır. Bu məqsəd partiyanın hər bir üzvünə fəallığını artırmaq çağrışını edir.”
Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Günel Səmədova Polad Həşimov küçəsi 34 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Sevda Məhəmmədova sədr müavini, Fəxrəndə Firudinli Balaxan Süleymanov küçəsi 20 ərazi partiya təşkilatının sədri, Ramilə Şahbazova sədr müavini, Arzu Mehdiyev Əbilov küçəsi 25 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Şamil Əhmədov sədr müavini, İradə Ayvazova Sabit Orucov küçəsi 28 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Natəvan Kərimova isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.