Xəbərlər
Qaradağ rayonunda şəhidlərin xatirəsi anılıb

Qaradağ rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş Çərkəz Teyyublunun və Elşən Aslanovun anım mərasimləri keçirilib.
Anım mərasimlərində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısını birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon İcra Hakimiyyətinin, YAP Qaradağ rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Şəhidlərin ailə üzvləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.