Xəbərlər
Azərbaycanın müdafiə naziri Xorvatiyanın Xarici İşlər Nazirliyi və İqtisadiyyat Palatasında görüşlər keçirib
Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin xarici işlər nazirinin birinci müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Xorvatiyanın İqtisadiyyat Palatasında olan müdafiə naziri Z.Həsənov palatanın sədri Luka Buriloviç ilə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərini müzakirə ediblər.