YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda şəhid Ağa Ağayevin anım mərasimi keçirilib

Qusar rayonun Yeni Həyat kəndində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhadətə yüksələn Ağayev Ağa Əli oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə YAP Qusar rayon təşkilatının rəhbərliyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları, kənd ictimaiyyətinin nümayəndələri qatılıblar.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. A.Badamov şəhid ailəsi ilə söhbət edərək onların qayğı və problemləri ilə maraqlanıb. Şəhidin atası Əli Ağayev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Ağa Ağayev döyüşlərdə göstərdiyi cəsurluğuna görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.