Xəbərlər
Milli Məclisin deputatı Fatma Yıldırım şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunun Çəyirli kəndindən şəhid əsgər Hümbətzadə Şahmuraz Əyyub oğlunun, Əyricə kəndindən şəhid əsgər Nağıyev Yusif Bərxudar oğlunun, Güloğlular kəndindən şəhid əsgər Nağıyev Baloğlan Müdahət oğlunun şəhidlik zirvəsinə ucalmalarının birinci ildönümü ilə bağlı ailələrini ziyarət edib.
Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Millət vəkili şəhidlərin valideynlərinə belə vətənpərvər oğullar böyütdükləri üçün minnətdarlığını bildirərək onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb.