Xəbərlər
Nərimanov rayonunda Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib
Nərimanov rayonunda tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Məmmədov Murad İlham oğlunun anım günü qeyd olunub.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və partiya əməkdaşları ildönümü ilə əlaqədar şəhidin ailəsini ziyarət ediblər. Rayon təşkilatının sədri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbədən danışıb.
O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Murad kimi igidlərimizin düşmənə əsl qəhrəmanlıq dərsi keçməklə möhtəşəm Zəfər qazandığını vurğulayıb.
Ailənin qayğı və problemləri ilə maraqlanan S.Vəliyev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələri və qazilərin yanında olduqlarını bildirib.
Ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.