YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu rayonunda əlilliyi olan şəxslər mükafatlandırıldı

YAP Sabunçu rayon təşkilatı, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyi, Boccia İdman Federasiyasının birgə  təşəbbüsü və dəstəyi ilə Bakı Şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Əlilliyi olan Şəxslərin Peşə- Əmək  Reabilitasiya  Mərkəzində bir qrup  əlil vətəndaşlartımızın  mükafatlandılma mərasimi keçirilib.

Mərasimdə YAP Sabunçu təşkilatının sədri Misirxan Vəliyev, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi  Əlilliyi olan Şəxslərin Peşə- Əmək  Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova , Vətən Müharibəsi Əlillərinə Kömək İçtimai Birliyinin sədr əvəzi Qalib Əliyev, ictimai birliyin sədr müavini, Məcid Məmmədov, Birliyin icraçı direktoru Zamin Zeynal, Millət vəkili  Əliabbas Salahzadənin köməkçisi  Hikmət Bunyatov, Boccia İdman Federasiyasının Baş katibi  İlham Məhərrəmov, Qazilər iştirak edərək çıxış etdilər.

Qeyd olunub ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası ilə bağlı məsələlər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima diqqət mərkəzindədir. Əlilliyi olan şəxslərlə bağlı bütün məsələlərdə birlik və həmrəylik olduqca vacibdir.

 Birliyin icraçı direktoru Zamin Zeynal çıxış edərək qeyd etdi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Prezident cənab İlham Əliyevin ictimai siyasət kursunu əsas götürərək Dövlət QHT münasibətləri fonunda Əlilliyi olan vətəndaşlarımıza ictimai,sosial,mənəvi dəstəklə bağlı tədbir və layihələr gələcəkdə davam etdirəcək.

 

DİGƏR Xəbərlər Arxiv