Xəbərlər
Ucar rayonunda şəhid Kənan Məmmədovun xatirəsi anılıb

YAP Ucar rayon təşkilatının fəalları vətən müharibəsi şəhidi Məmmədov Kənan Nifdalı oğlunun doğum günü əlaqədar onun məzarını ziyarət edib, məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Yaşasaydı Kənanın bu gün 28 yaşı olacaqdı.
Qeyd edək ki. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə şəhid Kənan Məmmədov “Vətən uğrunda”, ”İgidliyə görə”, ”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.