Xəbərlər
Zaqatalada şəhidlərin ildönümü mərasimləri keçirilib
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının və Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaqatala rayon III Tala kənd sakini Mayor Qaflanov Şixamir Oruc oğlunun, Qımır kənd sakinləri - Murtuzəliyev Xaqani İsa oğlunun və İsrafilov Abdurahman İsrafil oğlunun şəhadətlərinin ildönümləri ilə əlaqədar məzarlarını ziyarət ediblər, məzarları üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.
Həmçinin Qımır kəndində şəhidlərin əziz xatirəsinə tikilən Şəhidlər bulağının açılışında iştirak ediblər.
Daha sonra şəhidlərin ailələri ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidlərin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.