Xəbərlər
Şəhidin xatirə bulağının açılışı keçirilib
YAP İmişli rayon təşkilatının rəhbərliyi və və fəalları İmişli şəhəri Xan Şuşinski kuçəsində İkinci Qarabağ müharibəsi şəhidi Cavadzadə Anar Tahir oğlunun adına inşa edilən xatirə bulağının açılışında iştirak ediblər. İştirakçılar şəhidin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək ruhuna dualar oxuyublar.
Təşkilat sədrinin səlahiyyətlərini icra edən Səfa Ağayev bildirib ki, biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və valideynlərinə səbr diləyirik.: “Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.”