Xəbərlər
Şəhid mayor Ramid Hacıyevin anım mərasimi keçirilib
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri, Cəbrayıl rayonunun Mirək kəndindən olan şəhid mayor Ramid Nəriman oğlu Hacıyevin 2-ci Fəxri xiyabanda anım mərasimi keçirilib.
İldönümü ilə əlaqədar YAP Cəbrayıl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, rayon təşkilatının faəl üzvləri şəhidin ailə üzvləri və döyüş yoldaşları ilə birlikdə şəhidin məzarını ziyarət ediblər.
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Daha sonra tədbir iştirakçıları “Qarabağ” ordeni ilə təltif edilən Ramid Hacıyevin döyüşlərdə göstərdiyi igidliklərdən danışıb, Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyiblər.
Sonda məktəblilər şəhidlərə həsr olunan vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.