Xəbərlər
Şəhid Anar Cavadzadənin xatirə bulağının açılışı olub
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının nümayəndələri İmişli şəhəri Xan Şuşinski küçəsində İkinci Qarabağ müharibəsi şəhidi Cavadzadə Anar Tahir oğlunun adına inşa edilən xatirə bulağının açılışında iştirak ediblər.
İştirakçılar şəhidin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək ruhuna dualar oxuyublar. Vurğulanıb ki, Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.