Xəbərlər
"LƏKƏLƏ!”, “QARALA!”, “GÖZDƏN SAL!” QƏRBİN MÜƏYYƏN SİYASİ DAİRƏLƏRİNİN “İFRAZAT MAŞINI” İŞ BAŞINDA...
ELMAN NƏSİROV
MİLLİ MƏCLİSİN DEPUTATI,
YAP TƏFTİŞ KOMİSSİYASININ ÜZVÜ,
SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar Qərbin Ermənistana yaxınlığı ilə seçilən müəyyən siyasi dairələri və onaların qulbeçələri olan antimilli ünsürlərdır. Bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamani və s.) ifrat fəallaşır və öz xislətlərinə müvafiq şər, böhtan, yalan və çirkab ifraz edirlər. Budəfəki ifrazatlarının üfunət miqyası baxımından əvvəlkiləri kölgədə qoyacağını da təxminən etmək çətin deyildi. Səbəbi də bəllidir. Şanlı Azərbaycan ordusu müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü bərpa etmiş və erməni faşizminin başını əzmişdir. Onu kapitulyasiya aktı imzalamağa məcbur etmişdir. Xalqımızın qüruru özünə qayıtmış, xəcalət təri alnından birdəfəlik silinmişdir. Badxahlarımız isə yasa batmışdır. Yuxuları ərşə çəkilmişdir. Psixoloji sarsıntı altında olan Qərbin müəyyən siyasi dairələri milli dönüklərə “LƏKƏLƏ!”, “QARALA!”, “GÖZDƏN SAL!” əmrlərini vermişdir. Onlar da öz növbəsində saxta “vətənpərvərlik”lə qilaflanmış “don”larını çıxardaraq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdədirlər.
Siyasi leksikona “söyüş diplomatiyası” kimi üzdəniraq “məfhum” gətirmələri ilə öyünən “milli-siyasi bloqer”lər, əslində isə milli dönük və xəyanətkarlar öz ağalarının diqtəsi ilə ilk növbədə ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və ən başlıcası pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı, təminatçısı və QALİBİ olan Prezident İlham Əliyevi hədəfə alıblar. “Sapı özümüzdən olan baltalar” və onların əcnəbi ağaları Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycanı son 18 il ərzində məhz cənab Prezidentin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində sabitlik və təhlükəszilik adasına çevrilmişdir. Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir. Bütün bu reallıqlar fonunda bədxahlarımızın isterik düşüncə tərzinin məhsulu olan “arqumentlər”i heç bir tənqidə dözmür. Prezident İlham Əliyevin təbirincə desək, “ Əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.”
Prezident İlham Əliyevin bütün fəaliyyəti açıq və şəffaflığı ilə seçilir. Korrupsiya və rüşvətə qarşı müharibə elan edən dövlət başçısı başqa cür ola da bilməz. Xalqından ilham alan Prezident İlham Əliyevin intəhazsız xalq sevgisi qazanmasının kökündə dayanan əsas amil xalqına bağlı olmasıdır. Milli mənafeni hər şeydən üstün tutmasıdır. Qanunun aliliyini təmin etməsi və özünün nümunəvi davranışıdır. Müəyyən zaman çərçivəsində uğurlu biznes fəaliyyəti ilə məşğul olan İlham Əliyevin prezident seçildikdən sonra qanunun tələblərinə adekvat olaraq sahibkarlıq fəaliyyətinə xitam verməsi və bu sahəni ailə üzvlərinə ötürməsi tam məntiqlidir və hüquqi baxımdan da elə məhz belə olmalıdır. Bütün bunların fonunda anti Azərbaycan dairələrin növbəti “siyasi hoqqabaz”lığı və “siyasi şou” yaratmaq cəhdi əvvəlki uğursuz gedişlərinin taleyini yaşamağa məhkumdur. Oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində cənab Prezidentin vurğuladığı kimi, “Mətləbə gəldikdə, bildirmək istərdim ki, mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.”
Qoy ermənipərəst beynəlxalq siyasi dirələr və onların sifariş etdiyi mahnını ifa edən milli dönükər unutmasınlar ki, xəyanatkarlara hətta onlardan istifadə edənlər də nifrət edirlər və məqsədlərinə çatdıqdan sonra yumşaq desək, işlədilmiş əlcək kimi kənara tullayırlar. Bu məqamda ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın fikirlərinə də istinad yerinə düşər: ”Ən qədim peşənin sakinləri bir halda fiziki deyil, mənəvi məmnunluq hissi yaşayırlar. Bu da Vətəninə xəyanət etmiş birisinə “xidmət”dən imtina etdikdə yaşanan hissdir. Bu halda xəyanət həmin “peşə”dən aşağıda dayanır”.
Qoy milli dönüklər unutmasınlar ki, xalqımız onların hansı havanı oynadıqlarını, hansı sifarişləri yerinə yetirdiklərini çox gözəl dərk edir
Sonda bu qeyd etdiyim fikirlərin altından qırmızı xətt çəkərək bildirirəm: qoy milli dönüklər unutmasınlar ki, xəyanətkara qarşı ictimai qınaq və xalqın qəzəbi olduqca amansız olur. İndi söyləyəcəyim bir hadisə bu gün Avropada ermənilərə nökərlik edərək Xalqına, Millətinə, Vətəninə, Bayrağına və Prezidentinə qarşı bağışlanmaz xəyanət yolunu seçmiş dönüklərə bir ibrət dərsi olsun. Nə qədər ki, gec deyil, sabahlarını düşünsünlər. Beləliklə, keçən əsrin 30-cu illərində baş vermiş müdhiş hadisədir. Bir gün 25 illilk həbs cəzasını çəkdikdən sonra bir kənd sakini yurduna qayıdır. Kəndin sanki onun donüşündən xəbəri yoxdur. Heç kim həmkəndlisini azadlığa çıxması münasibətilə təbrik etmək, gözaydınlığı vermək üçün evinin kandarına belə ayaq basmır. Camaatın bu laqeyidliyinə bir neçə gün dözə bilən həmin şəxs bir gün əhalinin əsas istirahət etdiyi yerə-kənd çayxanasına üz tutur. Üzləşdiyi vəziyyət onu daha da sarsıdır. Kənd camaatı onun çayxanaya daxil olduğunu gördükdə nümayişkəranə surətdə oranı tərk etməyə başlayır. Yalquzaq kimi tək qalan həmin şəxs kənddə hüzr yerinə gedərkən də eyni aqibəti yaşamalı olur. Kor-peşiman evinə qayıdan həmkəndlilərinin üzücü qınağına tab gətirməyib, evində keçinir. Onun əsl müsibəti isə əslində bundan sonra başlanır. Nəinki onun dəfninə heç bir kəndlisi gəlmir, hətta qəbirstanlığa aparıb dəfn etmək üçün bir kimsə tapılmır. Bunu görən kənd ağsaqqalları çarəsiz qalıb, qonşu kənddən kömək istəyirlər. Tamamilə yad insanlar onu çiyinlərinə alıb qəbirstanlığa aparırlar Qəbirstanlığa daxil olduqda olduqca müdhiş bir səhnənin şahidi olurlar. Bütün kənd əhalisi bir nəfər kimi qəbirstanlıqda idi. Onlar mərhumun onun ölüsünün yanında dəfn olunmasına imkan verməmək üçün qəbirstanlığa toplaşmışdılar. Bax budur ictimai qınağın gücü. Bəs nə səbəbdən həmkəndlisinə qarşı kənd əhalisi bu qədər qəzəbli olmuşdu? Məlum olur ki, həmkəndlilərinin amansız qəzəbinə tuş gələn bu şəxs törətdiyi bağışlanmaz cinayətə-xəyanətə görə belə cəzalandırılıb. Belə ki, o, kəndlərini gecələr sərhədyanı ölkədən gələn quldur-qaçaqmalçılardan qoruyan iki nəfər gənc (subay) milis (polis) nəfərini atlarını ələ keçirib satmaq məqsədilə xəyanətkarcasına (gündüz yatdığları vaxt) öldürdüyünə görə camaatın qəzəbinə tuş gəlmişdir. Nəinki diriykən, hətta öldükdən sonra da ictimai qınaqın qəzəbindən qurtula bilməmişdir.
Ey milli dönüklər, ictimai qinaq yaman olur!!!