Xəbərlər
Prezident təqaüdü qazanmış tələbələrlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında cari ildə ali məktəblərə qəbul imtahanında yüksək bal toplayaraq Prezident təqaüdü qazanmış tələbələrlə görüş keçirilib.
Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Prezident təqaüdünü qazanmış tələbələri təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzulayıb. B. Nəbiyev çıxışında dovlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Rayon təşkilatının sədri qeyd edib ki, hazırda təhsilin inkişafı və müasir tələblərə cavab verməsi üçün müxtəlif dövlət proqramları icra olunmaqdadır: “Gənclərimiz həm savadlı, həm də vətənpərvər ruhda tərbiyyə olunmalıdırlar. Dövlətimizin güclü və möhkəm olması üçün bu iki faktor çox önəmlidir”.
Daha sonra çıxış edən YAP Gənclər Birliyin sədri Bəxtiyar İslamov Prezident təqaüdünü qazanmış tələbələri təbrik edərək, onlara bundan sonrakı həyatlarında uğurlar arzulayıb, təhsilin, savadlı gənc kimi yetişməyin vacibliyini diqqətə çatdırıb. B.İslamov bildirib ki, YAP Gənclər Birliyi hər zaman istedadlı gəncləri öz sıralarında görməyi məmnunluq hissi ilə qarşılayır: “Bizim sıralarımızda savadlı və istedadlı gənclər daim yenilənir”.
Görüşün sonunda YAP Yasamal rayon təşkilatı tərəfindən Bakı Dövlət Universitetinin Prezident təqaüdünü qazanmış 15 tələbəsinə fəxri fərman, "Xarıbülbül" döş nişanları təqdim olunub və xatirə şəkli çəkilib.