Xəbərlər
Cəlilabadda şəhidlərimiz anılıb
Oktyabrın 14-də Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının təmsilçiləri, din xadimləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində qanları ilə tarix yazan şəhidlərin- Qasımov Xalid Rafiq oğlunun və Əmirli Tofiq Şəmsəddin oğlunun anım mərasimlərində iştirak ediblər.
Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!