Xəbərlər
Cəlilabad rayonunda şəhidlərin anım mərasimi keçirilib
Oktyabrın 12-də Milli Məclisin deputatı Malik Həsənov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Kövüzbulaq kəndində şəhid İnam Baxşəliyev Rasim oğlunun və Maşlıq kəndində şəhid Şamo Kərimov Elman oğlunun anım mərasimlərində iştirak ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, şəhidlərimizin həyat yolu indiki və gələcək nəsillər üçün vətənərvərlik məktəbidir. Qanları ilə tarix yazan Vətən oğullarımız xalqımızın yaddaşında daim yaşayacaq və xatirələri ehtiramla yad ediləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!