YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təmsil olunduğu beynəlxalq turizm sərgisi açılıb

Berlində “İTB Berlin 2015” beynəlxalq turizm sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, martın 8-dək davam edəcək sərgidə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Sərgidə, həmçinin Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 yerli turizm şirkəti və üç mehmanxana iştirak edir.
Bu sərgidə Azərbaycanın turizm potensialı 104 kvadratmetrlik stendə öz əksini tapıb. Sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları hazırlanıb.
Martın 5-də Azərbaycanın milli stendində “Happy hours” tədbiri keçiriləcək. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti. Həmçinin KİV nümayəndələrinə Azərbaycanın turizm potensialına dair təqdimat keçiriləcək, biznes (B2B) görüşləri təşkil olunacaq.
Sərgi ərəfəsində Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə bu ölkənin 4 şəhərində reklam kampaniyaları keçirilib. Belə ki, fevralın 23-dən etibarən Hamburq, Münhen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycan turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilib. Həmçinin martın 2-dən başlayaraq Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamlar yerləşdirilib və bu kampaniya martın 16-dək davam edəcək.
Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən hər il “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.

DİGƏR Xəbərlər Arxiv