Xəbərlər
Goranboyda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Goranboy rayonunda Vətən müharibəsi şəhidi Muzdurlar kənd sakini Məmmədov Ehtiramın anım mərasimi keçirilib. Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Əvvəlcə şəhidin məzarı ziyarət edilib, xatirəsinə dualar oxunub. Anım mərasimində şəhidin həyatından, hərbi xidmətindən və şərəfli döyüş yolundan bəhs olunub.
Daha sonra deputat şəhid ailəsinin evində olub, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.