YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının yeni sədri partiya aktivinə təqdim edilib

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yeni sədri Emil Abasov ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatın partiya aktivinə təqdim olunub.

Əvvəlcə partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ümummilli Liderimizin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında  xüsusi rolu var, YAP fəalları Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında aktiv şəkildə təbliğ edirlər. Diqqətə çatdırılıb ki, hazırda partiyanın qarşısında yeni vəzifələr dayanır. Bu il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı və qurultayda qəbul olunmuş qərarlar partiyamızın inkişafında yeni mərhələnin əsasını təşkil edir. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin proqram xarakterli nitqi, yeni nizamnamənin qəbul olunması və digər mühüm qərarlar gələcək fəaliyyətimiz üçün müstəsna əhəmiyyət kəsb edir.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov tədbirdə çıxış edərək YAP Pirallahı rayon təşkilatının yeni sədrini təbrik edib. O, təşkilatın üzvlərinin rayonun ictimai-siyasi həyatında hər zaman fəal iştirak etdiyini söyləyib.

Çıxış edən YAP Pirallahı rayon təşkilatının yeni sədri Emil Abasov göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Qeyd edək ki, tədbirdə rayon təşkilatının gələcək fəaliyyəti ilə bağlı qarşıda dayanan vəzifələrə dair müvafiq tövsiyələr verilib.