Xəbərlər
YAP Mingəçevir şəhər təşkilatının fəalları şəhid Səbuhi Məmmədovun il mərasimində iştirak ediblər
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının rəhbərliyi və fəalları Vətən müharibəsində şəhid olan Məmmədov Səbuhi Şakir oğlunun il mərasimində iştrak edib, şəhidin ailəsinə başsağlığı veriblər.
Eyni zamanda YAP Mingəçevir şəhər təşkilatı və Migəçevir ŞİH tərəfindən mingəçevirli şəhidlərin adlarının əbədiləşdirilməsi üçün çap etdirilən plakat şəhid Səbuhi Məmmədovun ailəsinə təqdim edilib.