Xəbərlər
Şəhid övladı təhsil müəsisəsində ziyarət edilib

YAP Salyan rayon təşkilatının rəhbərliyi şəhid ailələrinə göstərilən diqqət və qayğı istiqamətində daha bir addım atıb.
Belə ki, onlar şəhid övladı Yasəmən Əhmədovanın təhsil aldığı Salyan şəhəri 2 saylı tam orta məktəbə baş çəkərək onun problemləri ilə maraqlanıblar.
Qeyd edək ki, Vidadi Əhmədov fədakarlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdandır.