Xəbərlər
Gədəbəydə şəhid Seymur Ələsgərovun xatirəsi yad edilib
Sentyabrın 28-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid - rayonun Novosaratovka kənd sakini Ələsgərov Seymur Əli oğlunun xatirəsi yad edilib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarına tər güllər düzüblər.
Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!