Xəbərlər
Milli Məclisin deputatı Ramin Məmmədov şəhid məzarını ziyarət edib
Milli Məclisin deputatı Ramin Məmmədov 27 sentyabr Anım Günü münasibəti ilə Sabirabad rayonunda şəhid ailələri ilə görüşüb. Eyni zamanda şəhid məzarlarını ziyarət edərək məzarları üzərinə gül-çiçək dəstələri qoyub və onların əziz xatirəsini yad edib.
Ramin Məmmədov bildiribdir ki, 27 sentyabr tarixi rəşadətli və müzəffər ordumuzun yenilməz sərkərdəsi, Ali Baş Komandanımız, İlham Əliyevin sərəncamı ilə Anım Günü günü kimi Azərbaycan tarixində ilk dəfə qeyd olunur. Bu sərəncam ölkə Prezidentinin torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq imzalanıb. Bu şəhidlərin ruhlarına və onların ailələrinə, doğmalarına, bütövlükdə isə Azərbaycan xalqına ən ali ehtiramın göstəricisidir. Xalqımız bundan sonra da hər zaman Anım Gününü böyük ehtiramla yad edəcək, öz şəhidlərinin ruhu qarşısında baş əyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Deputat vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq və onların həyatı gənclərimizə örnək olacaqdır.