Xəbərlər
YAP İmişli rayon təşkilatı Anım Günü münasibətilə videoformatda tədbir keçirib
YAP İmişli rayon təşkilatı Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə videoformatda təşkilatı tədbir keçirib. Tədbirdə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sukutla qeyd edildikdən sonra YAP İmişli rayon təşkilatının sədri vəzifəsini icra edən Səfa Ağayev çıxış edərək bildirdi ki, müzəffər Ali Baş Komandan İlham Əliyev yenilməz sərkərdəlik bacarığı, qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımızı biri-birinin ardınca yağı düşməndən təmizlədi. Bununla xalqımız öz şanlı tarixinə yeni bir səhifə yazdı.
S.Ağayev bildirdi ki, ətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Xalqın birliyi və ədalətli mövqeyi «Dəmir Yumruq»da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur- beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.
Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğu dayanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında yumruğunu düyünləyərək bildirmişdir: «Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar-Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın».
Biz Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı olaraq daim şəhid ailələrinə davamlı olaraq baş çəkir, diqqət və qayğı ilə yanaşılır, problemləri ilə maraqlanılır və müvafiq köməklik göstərilir. Çünki şəhid ailələrinə göstərilən diqqət həmin ailələrinin ağrısını azacıq da olsa yüngülləşdirir. Biz inanırıq ki, dövlətimizin şəhid ailələrinə bu kimi qayğısını görən hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzıfəsi hesab edərək bu yolda həyatlarını fəda etməyi müqəddəs vəzifə və oğulluq borcu biləcəklər.
Vətən Müharibəsinin ildönümü münasibətilə Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirildi. Şəhidlər xiyabanını zıyarət edilməklə şəhid məzarlarının ətrafında müxtəlif növ ağaclar əkildi. Şəhid aılələri ilə görüşlər keçirildi, şəhid məzarlarına gül-çiçək dəstləri qoyuldu.
Çıxış edənlər Vahid Tağıyev və Şahsuvar Əmrahov Anım Günü ilə bağlı geniş və ətraflı danışdılar.
Elçin Zaman, «İki sahil»