YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirəsi Çində də anılıb

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Səfirliyin əməkdaşlarının, bu ölkədə yaşayan və işləyən soydaşlarımızın, Azərbaycanın müxtəlif qurumlarının Çindəki nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin, Ermənistan silahlı qüvvələrinin şəhərlərimizi və kəndlərimizi atəşə tutması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Əkrəm Zeynallı bildirib ki, bir il əvvəl işğalçı Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başladığını, sonradan “Dəmir yumruq” adı almış və 44 gün davam etmiş həmin əməliyyat ərazilərimizin 30 illik işğalına son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrini yerinə yetirdi.

Qeyd edilib ki, şanlı tariximiz olan Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzunn şücaəti nəticəsində qazandığımız Zəfər Azərbaycan tarixində yeni dövr açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Bütün bunlar dünyanın hər bir yerində yaşayan azərbaycanlıların sevincinə və qüruruna səbəb oldu.

Səfir Ə.Zeynallı Vətən müharibəsindəki Qələbəmizin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, onun müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin müstəqilliyinin möhkəmləndiyinim diqqətə çatdırıb. Deyib ki, bu da öz növbəsində dövlətimizin güclənməsinə, ordu quruculuğu prosesinin geniş vüsət almasına imkan verib.

Azərbaycan Silahlı Qüvvələrinin ÇXR-dəki hərbi attaşesi Elçin Zeynallı Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin formalaşması, döyüş qabiliyyətinin yüksəldilməsi, Ordunun maddi-texniki bazasının yaxşılaşdırılması, ən müasir silah, texnika ilə təminatı istiqamətində məqsədyönlü fəaliyyətindən söz açaraq, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin də məhz dövlətimizin başçısının həmin fəaliyyəti ilə təmin olunduğunu bildirib. Qeyd edib ki, Silahlı Qüvvələrimizin ayrı-ayrı bölmələrinin peşəkar kadrlarla təmin edilməsi, vaxtaşırı keçirilən təlimlər və ən əsası, hərbçilərimizin misli görünməmiş qəhrəmanlığı bizi Zəfərə apardı.

Hərbi attaşe diqqətə çatdırıb ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin bölmələrinin peşəkarlığı sayəsində düşmənə sarsıdıcı zərbələr vurulub, xeyli miqdarda silah və döyüş texnikası məhv edilən Ermənistan ordusu darmadağın edilib.

Sonda 44 günlük Vətən müharibəsinə aid film nümayiş olunub, ehsan süfrəsi açılıb.

 

DİGƏR Xəbərlər Arxiv