Partiya xəbərləri
Avropa Xalqlar Partiyasının Gənclər Təşkilatının Brüssel şəhərində keçirilən illik Şura iclasında YAP GB-nin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilmişdir
YAP GB-nin sədr müavini Ramin Məmmədov Avropa Xalqlar Partiyasının Gənclər Təşkilatının Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən illik Şura iclasında “Xocalıya ədalət” (Justice for Khojaly) kampaniyasının təqdimatını keçirmişdir. Bu kampaniya çərçivəsində keçirilən aksiyalar, tədbirlər barədə geniş məlumat verilmişdir. Ümumilikdə çıxış zamanı Qarabağ problemi, Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, gənclər siyasəti, gənclərin rolu vurğulanmışdır.