YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistan tərəfi növbəti təxribata gedərsə, hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edə bilər

«Artıq Ermənistan tərəfinə azərbaycanlı girovların azad edilməsi ilə bağlı müəyyən təzyiqlər var. Xüsusilə də ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın regiona səfəri zamanı girovların azad edilməsi ilə bağlı çağırışlar oldu». Bu fikirləri  YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ermənistan tərəfi indiki halda iki yol qarşısında qalıb. Onlar ya girovları azad etməli, ya da əvvəlki siyasətini davam etdirməlidirlər.

«Məlum olduğu kimi ermənilər əvvəldən Xocalı soyqırımının ildönümü günü azərbaycanlı girovlarla bağlı növbəti qondarma məhkəmə keçirmək planlaşdırıblar. Hesab edirəm ki, qondarma məhkəmənin bu günə təyin olunması heç də təsadüfi deyil. Bilərəkdən, məqsədyönlüdür. Azərbaycan hələlik hüquqi müstəvidə öz tələblərini həyata keçirir. Amma Ermənistan tərəfi növbəti təxribata gedərsə, girovlarla bağlı mövqeyində dəyişiklik etməzsə, dalana dirənmiş danışıqlar prosesinə növbəti zərbə olacaq. Bundan sonra isə hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edə bilər»- deyə, politoloq qeyd edib.