YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərqi Zəngəzurun da intibah dövrü İlham Əliyevin adı ilə bağlıdır

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi

 Ənvər Haqverdiyev

Məğlub olmuş düşmən döyüş meydanında cəsarəti çatıb ata bilmədiyi addımlarının atəşkəs dövründə istər Ermənistan - Azərbaycan sərhəddində, istərsə də Rusiya sülhməramlılarının nəzarət zonasında imitasiyasını etməyə çalışır. Öz aləmlərində dünyada olan havadarlarına ötürmək istədikləri məlumatlar ondan ibarətdir ki, güya sərhəddə və sülhməramlıların nəzarət zonasında vəziyyət ağırdır, döyüşlər gedir və Azərbaycan tərəfi 10 Noyabr bəyanatının müddəalarını pozur. Əslində isə bölgədə vəziyyət heç də ermənilərin hay-həşir saldıqları kimi deyildir. Azərbaycan ordusu ümumiyyətlə qaydaları pozmur. Əksinə sərhəddə və digər ərazilərdə ölkəmiz ona məxsus olan suveren hüquqlarını bərpa edir. Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına əməl edən, dövlətlərin süveren haqqlarını dəstəkləyən dövlətçilik anlayışına sahibdir. Heç kim bizə ağıl öyrətməyə çalışmasın. Biz dövlət sərhədlərimizi yaxşı bilirik. Harada durmalı, dayanmalı, olduğumuzu da yaxşı bilirk. Bu cür davranışlar bizim yadımıza tarixi torpaqlarımızı sala bilər. Biz istəsək bütün tarixi Azərbaycan torpaqlarında öz ordularımızı yerləşdirmək iqtidarındayıq. Məhz bu səbəbdən Ermənistan və onun havadarları özlərinə əlavə problemlər yaratmamalıdırlar. Əksinə qarşılıqlı ərazi bütövlüyü tanınmalı və regionun inkişafı təmin olunmalıdır. Bunun əksini iddia edənlərə, çaxnaşma yaratmaq istəyənlərə və yenidən müharibə varmış kimi davrananlara isə ölkə Prezidenti öncə CNN-Türk kanalına verdiyi müsahibəsində, daha sonra isə Kəlbəcər və Laçın rayonlarlarına Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə səfər etməklə ən gözəl cavabı vermiş oldu.

Vaxtaşırı dövlət başçısı ölkənin regionlarına səfərlər edir. Xüsusən də işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinin plana uyğun həyata keçirilməsi vacib amildir. Amma etiraf etməliyəm ki, hər kəs kimi mən də bu səfərləri eyni zamanda da siyasi əhəmiyyətli ismarıclar üçün həvəslə izləyirəm. Necə ki, müharibə dövründə hər yazdığı tvit, hər verdiyi müsahibə cəmiyyətimizin idarə olunmasında əhəmiyyətli rol oynamışdı, müharibədən sonrakı vaxtlarda da əməkdaşlıq, birgə yaşayış, inteqrasiya ilə bağlı cənab Prezidentin fikirləri cəmiyyətimizdə böyük nüfuza malikdir. Biz tarixdə heç bir zaman bu qədər böyük bir zəfər qazanmamışıq. İndi isə əsas məqsəd bu nəticələrin qorunub saxlanması və gücləndirilməsi olmalıdır.

Qarabağ Azərbaycandır! İşğaldan azad olunmuş torpaqlarda zəfərimizi şərtləndirən ən vacib ruhlandırıcı amil məhz bu şuar idi. Biz əlbəttə, əsrlərdir bilirik ki, Qarabağ Azərbaycandır! Lakin bu ifadənin hər bir Azərbaycanlının ruhuna, canına, qanına işləməsi nəticədə bugünkü uğurmuzu şərtləndirdi. Bu gün isə cənab Prezident dedi ki, Şərqi Zəngəzur Azərbaycandır! Qərbi Zəngəzur Azərbaycandır! Vaxtı ilə o torpaqlardan qaçqın düşmüş əhalimiz mütləq öz torpaqlarına qayıtmalıdır. Göyçə Azərbaycandır! Kəlbəcərlə sərhəddə yerləşən Basarkeçər rayonu Azərbaycandır! 1930-cu ildə Ermənistanın ərazi vahidi kimi yaranan bu rayon 1969-cu ilə qədər öz adı ilə adlanıb. Daha sonra düşmən onu Vardenis adlandırıb. Naxçıvan yaxınlığında yerləşən Arazdəyən rayonunun da adını dəyişib Yerasx adlandırılıb. Əlbəttə, bunlar hamısı xalqımıza qarşı olan mədəni terrorun, soykökünün silinməsinin əlamətləridir. Lakin bəzən bu toponimlər öz mətbuatımızda belə təəssüf ki, düşmənin adları ilə yazılır. Cənab Prezidentin bununla bağlı xalqımıza və mətbuatımıza müraciəti hər birimiz tərəfindən diqqətlə əməl olunmalı milli amildir.

Hərbi münaqişə bitsə də, ideoloji müharibə davam etməkdədir. Bu mübarizənin də komandanı möhtərəm Prezidentdir. Biz Xocalıda başımıza gətirilən oyunları, digər şəhər- kəndlərdə əliyalın əhaliyə qarşı atılmış mənfur, düşmən addımlarını unutmamalıyıq. Soyuq aprel günü ayaqyalın Ömər aşırımı ilə yollar aşan vətəndaşlarımızı, yollarda donaraq ölən yurddaşlarımızı, atasız-anasız qalan körpələrimizi unutmamalıyıq. Hər dəfə Prezidentin öz xalqından istəyi də odur. Yaxşı bir el misalı var. Deyərlər ki, itlə yoldaşlıq elə, amma çomağı əlindən yerə qoyma. Əlbəttə, nə biz bu regiondan köçüb gedənik, nə də ermənilər. Halbuki, onlar bizim torpaqlarımızda məskunlaşıblar. Buna rəğmən hümanist davranaraq onlarla birgə yaşayışa etiraz etmirik. Lakin bu xalqın xarakterini də unutmamalıyıq.

Kəlbəcərin işğalına qədər AXC-Müsavat hakimiyyəti Şuşanın, Xocalının və digər rayonların işğalında maraqlı idi. Çünki o zamankı mövcud iqtidarı nüfuzdan salaraq hakimiyyətə gəlmək istəyirdilər. Kəlbəcər işğal olunanda isə onlar bir ilə yaxın idi ki, hakimiyyətdə idilər. Əbülfəz Elçibəyin “əhalini çıxartmaq üçün vertolyot istədim, nə İran, nə Rusiya, nə də Türkiyə vermədi” ifadəsini yəqin ki, hər kəs xatırlayır. Bu, ona görə baş verdi ki, bir il boyunca bütün qonşularla düşmən idilər. Ölkə içində dövləti idarə edə bilmirdilər. Kəlbəcərin işğalı Azərbaycan xalqının faciəsi idi. AXC-Müsavat hakimiyyəti dövrü xalqımızın milli rəzalət dövrüdür. Bunu bütün gənc nəsil bilməlidir. Bu rəzil hakimiyyət düşünə bilməmişdir ki, Kəlbəcər və Laçın keçmiş Dağlıq Qarabağla Ermənistan arasında coğrafi cəhətdən birləşməsini təmin etmiş olacaqdı. Məhz bu səbəbdən ermənilər bütün danışıqlar boyu bu iki rayonun taleyini ancaq dırnaq arası Dağlıq Qarabağ əhalisinin keçirəcəyi referendumun nəticəsi əsasında müəyyən etməyi şərt kimi irəli sürürdülər. Aydındır ki, heç vaxt torpaqları verməyəcəkdilər. Lakin biz bir güllə atmadan bu rayonları azad etdik.

Kəlbəcər ərazisindən Ermənistanla keçmiş Dağlıq Qarabağ ərazisini birləşdirən yolların çəkilməsi və bu ərazilərdə qanunsuz məskunlaşdırmaların aparılmasına hələ 30 illik münaqişə dövründə etirazlar edilmişdir. Lakin nə Minsk Qrupunun həmsədrləri, nə də digər beynəlxalq təşkilatlar buna etiraz etməmişlər. Ermənilər isə xam xəyallar quraraq hətta Cəbrayıla yol çəkirdilər. Məhşur “noldu Paşinyan, bəs yol çəkirdin?” ifadəsi də məhz bununla bağlıdır. Biz onların yersiz arzularını ürəklərində qoyduq.

Qüdrətli dövlət kimi biz azad olunmuş ərazilərdə relyefinə uyğun yollar, tunellər, yol ötürücüləri, su elektrik stansiyaları tikilir. Hamısı daxili imkanlarımız hesabına həyata keçirilir. Əksər tikinti şirkətləri yerli şirkətlərdir. Qardaş türk şirkətləri də prosesdə aktiv rol almaqdadırlar. Tikinti ərazilərində hər iki dövlətin bayraqları və Qarabağ fatehləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın posterlərinin qoşa asılması qürurverici haldır.

Tikinti və yenidənqurmanın miqyasını ifadə etmək üçün azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanının tikintisinin başlanmasını və işlərin sürətlə getməsini demək kifayətdir. Laçın rayonunda bünövrəsi atılan beynəlxalq hava limanı isə yəqin ki, dünya belə bir relyefdə mövcud olan nadir infrastruktur layihələrdən biridir. Müstəqil Azərbaycan öz tarixi boyunca sözün bütün mənalarında meqa layihələrə, çoxlarının xəyal dediyi böyük işlərə imza atmışdır. Laçın beynəlxalq hava limanı da onlardan biri olacaqdır. Regionun sosial-iqtisadi inkişafı ilə yanaşı çəkilən yolların, tikilən tunellərin, yolötürücülərinin böyük hərbi əhəmiyyətləri də vardır. Biz bir daha erməni faşizminin baş qaldırmasına izin verə bilmərik. Bu məqsədlə təhlükəsizlik amilləri nəzərə alınmalıdır. Ordunun rahat və çevik hərəkətini təmin etmək üçün bütün lazımi addımlar vaxtında atılır.

Zaman dəyişir, amma dəyişməyən amillər vardır. Əslində zamanın axarında dəyişilməli, inkişaf etməli, qonşuları ilə gözəl münasibət qurmalı olan erməni cəmiyyəti və hərbi-siyasi hakimiyyəti bunun müqabilində daha da azğınlaşmışdır. Halbuki, bu ərazilərə Osmanlı və İran ərazilərindən pənah gətirdikləri zaman müdrik xalqımız onlara süfrəsindən çörək, evindən yataq verərək dəstək olmuşdur. İşğaldan azad olunmuş torpaqlara səfər edildikcə gördüyümüz mənzələr bir daha sübut edir ki, zaman dəyişsə də, erməni faşizmi, erməni vəhşiliyi dəyişmir. Biz qəhrəman xalq kimi ermənilərin öz ordusu, əsgəri və yalançı qəhrəmanları haqqında mifini darmadağın etdik. Bir daha bu vəhşi, revanşist və faşist cəmiyyətin baş qaldırmağına heç zaman izin verilməyəcəkdir.