Xəbərlər
Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq avqustun 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və digər rəsmi şəxslər qarşılayıblar.