YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ qəzeti: Konqres Ermənistana kömək etməzdən əvvəl yaxşı düşünməlidir

ABŞ-ın “Portland Press Herald” qəzetində Azərbaycan icmasının üzvü Tərlan Əhmədovun separatizmi dəstəkləyən Ermənistana yardımın ayrılması ilə bağlı yanlış qərardan bəhs edən “Konqres Ermənistana kömək etməzdən əvvəl yaxşı düşünməlidir” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Konqresin Ermənistana hər hansı bir kömək etməzdən əvvəl HR 4373 (2022-ci il üçün dövlət, xarici əməliyyatlar və əlaqəli proqramlara ayırmalar haqqında qanun) qanununun müddəalarını diqqətlə öyrənməli olduğu deyilir. Qanun layihəsinin 7047-ci hissəsində deyilir ki, Ukrayna ərazilərinin ayrılmasının dəstəklənməsinə yönələn müsbət addımlar atan bir ölkənin mərkəzi hökumətinə kömək üçün bu qanun çərçivəsində ABŞ tərəfindən ayrılan heç bir vəsait müəyyən edilə bilməz. “The Economist” jurnalının 2014-cü il tarixli buraxılışında Ermənistanın Ukrayna ərazilərinin ayrılmasını tanımaq üçün addımlar atdığı açıq şəkildə bildirilir. Deməli, HR4373 qanununun müddəalarına uyğun olaraq, ABŞ Ermənistana maliyyə yardımı ayrılmamalıdır.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin rəsmi Yerevanın apardığı erməni təcavüzü və separatçı siyasəti barədə məlumatlandırılması üzrə yazılı kampaniyası nəticəsində dərc edilib.

 

DİGƏR Xəbərlər Arxiv