Xəbərlər
Financial Times: Azərbaycan qazını Avropaya gətirmək üçün Aİ bütün qüvvələrini səfərbər edəcək
Britaniyanın nüfuzlu qəzeti Financial Times Avropanın enerji təhlükəsizliyi haqqında məqalə dərc edib.
Məqalədə Avropa İttifaqının (Aİ) Rusiyadan enerji asılılığının azalması üçün Azərbaycan, Türkmənistan və Əlcəzair kimi alternativ enerji mənbəyi olan ölkələr ilə əməkdaşlıq etmək niyyətində olduğu bildirilir. Yazıda qeyd olunur ki, Aİ bütün mövcud xarici siyasət alətlərindən alternativ enerji təchizatçıları, o cümlədən Azərbaycan, Türkmənistan və Əlcəzair ilə strateji və enerji əməkdaşlığı qurmaq üçün istifadə edəcək.
Energetika gündəmi üzrə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin sözlərinə istinad edən qəzet yazır ki, Rusiya Aİ üçün vacib təchizatçı olaraq qalsa da, onun Avropada təsiri azalacaq. M.Şefçoviç bildirib ki, Azərbaycan qazını Avropaya gətirəcək TANAP və TAP layihələrinin 2019-cu ilin sonunadək tamamlanması üçün Aİ bütün qüvvələrini səfərbər edəcək.